Kənd təsərrüfatında əkilən bitkilərin, əsasən də taxılçılığın inkişaf etdirilməsində məhsuldar və keyifiyyətli toxum sortlarının rolu böyükdür. Eyni zamanda bu sortlar ekoloji cəhətdən də sağlam olmalıdır. Göygöl Regional Toxum Sertifkatlaşdırılması laboratoriyası elə bu işdə əkinçiliklə məşğul olan torpaq mülkiyyətçilərinə və fermerlərə dəstək olur. Artıq yazlıq əkinlər üçün laboratoriyada toxumların analizinə də başlanılıb.
Göygöl Regional Toxum Sertifkatlaşdırılması Mərkəzinin laboratoriyasına ötən il vətəndaşlar və toxumçulardan 300 nümunə qəbul olunub. Həmin nümunələrdən 295-nə əkin üçün sertifkatlar verilib. Qalanları əkinə yararlı hesab edilməyib. Hazırda laboratoriyada yaz əkinləri üçün fermerlər tərəfindən gətirilən toxumlar analiz edilir.
Bura laboratoriyada toxumların qəbulu və saxlanması otağıdır. Fermerlər tərəfindən verilən toxumlar laboratoriyyanın işçiləri tərəfindən yoxlanıldıqdan sonra bu otağa yığılır. Otağa yığılan bu toxumlar daha sonra fermerlərə təqdim olunur.
Laboratoriyada toxum nümunələrinin qəbulu və pratakollaşdırılması, nümunələrin analiz edilib sertifkatlaşdırılması, eləcə də bioloji agentlərin hazırlanması şöbələri fəaliyyət göstərir.
Laboratoriya Göygöl, Samux, Daşkəsən və Kəlbəcər rayonlarının əkinçiliklə məşğul olan fermer və torpaq mülkiyyətçilərinə xidmət göstərir. Burada toxumların tərkibinin yoxlanılması ödənişsizdir.
Burada istənilən kənd təsərrüfatı məhsullarının əkinə yararlılığını yoxlamaq mümkündür. Laboratoriyada işçilər tərəfindən yoxlanılan taxıl toxumlarının analizinin nəticələri bir həftəyə, tərəvəz toxunlarında isə 13-14 günə bilinir.
Elnur Vahidoğlu
- Baxış: 223