Yaşı 50-dən çox olan müəllimlərin vaksinasiya edilməsi tövsiyə olunur
Pandemiya dövründə müəllimlərin sertifikasiyası olacaqmı?
Şənbə günü müəllimlərin işə gəlib-gəlməməsini məktəblər özü tənzimləyə bilər
Vətən müharibəsində şəhid olmuş şəxslərin ali təhsil müəssislərində təhsil alan 35 nəfər qohumlarının – bacı, qardaş və həyat yoldaşlarının təhsil haqlarının ödənilməsi ilə bağlı müraciətləri həll olunub. Təhsil naziri Emin Əmrullayev “Pandemiya dövründə təhsil” mövzusunda "facebook" üzərindən sualları cavablandırarkən ali təhsil müəssisələrinin rəhbərlərinə həmin vətəndaşlarla bağlı xüsusi yanaşma olması üçün tapşırığın verildiyini bildirib.Emin Əmrullayev ali təhsil müəssisələrində əyani təhsilə keçid və tələbələrin praktika keçməsi məsələsi ilə bağlı danışarkən bunun pandemiyanın dinamikasından və şəraitdən asılı olduğunu qeyd edib.
Bağçaların açılması da yoluxma vəziyyətindən asılıdır deyən nazir fevralın 15-dək bunun reallaşmasını istədiklərini vurğulayıb. Həmçinin, bölgələrdə 2000-dən artıq məktəbin fevralın 1-dən əyani təhsilə qayıda biləcəyini bildirib. Emin Əmrullayev canlı yayım zamanı müəllimləri daha yaxından maraqlandıran digər sualları da cavablandırıb.
- Baxış: 654