KepezTV Player
Bakıda evində gəlinini xüsusi amansızlıqla qətlə yetirərək zibil qutusuna atmaqda təqsirləndirilən İdris Məhərrəmovun barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.Nəsimi rayon məhkəməsində keçirilən prosesdə Məhərrəmov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 27-də saat 1 radələrində Nəsimi rayonunun Əliisgəndər İsgəndərov küçəsində məişət tullantıları qutularında hissələrə ayrılmış 30-35 yaşlı qadın cəsədi tapılıb.Faktla bağlı cinayət işi başlanıb. Qətlə yetirilənin Babək rayon sakini Banu Məhərrəmova olması müəyyən edilib. Hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən qayınata, Babək rayon sakini İdris Məhərrəmov saxlanılaraq istintaqa təhvil verilib.
- Baxış: 393