Ağstafa Rayon Polis Şöbəsi, Dövlət Sərhəd Xidmətinin Şəmkir Sərhəd Dəstəsi və Böyük Kəsik Sərhəd Nəzəarət Şöbəsinin əməkdaşları isə nın birgə keçirilən əməliyyatla narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını alıblar. Saxlanılan rayonun Sadıqlı kənd sakini Seymur Namazovdan külli miqdarda “heroin” götürülüb.
Seymur Namazov elə yaşadığı kənddə tutulub. Əməliyyat məlumatı əsasında onun gizlətdiyi heroinin yeri aşkar edilərək maddi sübut kimi götürülüb.
Eşqin Qasımov DİN-in mətbuat xidmətinin əməkdaşı Seymur Namazovun bacısına məxsus rayonun Sadıqlı kəndindəki yarımtikiliyə baxış keçirilən zaman oradan 1 ədəd sellofan torbada 6 ədəd litirlik plastik butulkada ümumi çəkisi 6 kq 205 qram narkotik vasitə olan “heroin” aşkar edilərək götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitəni Gürcüstanda yaşayan Mahir adlı şəxsə göndərməli olduğunu bildirib. Bunun müqabilində ondan 6000 manat aldığını da etiraf edib. Seymur Namazov saxlanılan zaman həmin vəsaiti onun üzərində aşkarlanıb.
Seymur Namazov saxlanılan şəxs Dedi belə bir sumka gələcək. Sadıqlıdan-Ağstafaya gələn üzərində 6 dənə butulka olacaq. Onu götürüb bu tərəfə atacaqsan. Sənə də 6 min manat pul verəcəm.
Hazırda Seymur Namazovla cinayət əlaqəsinə girən şəxslərin kimliyinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Natiq Hüseyn
- Baxış: 465