• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2197
— 11.01.2021 12:57

Gəncədə saxta pul hazırlayan şəxslər saxlanılıb

KepezTV Player

Gəncədə saxta pul hazırlayan dəstə ifşa edilib. Fırıldaqçılar şəhər ərazisindəki marketlərdən birində alış-veriş edərkən ələ keçiblər.

Gəncə polisinin saxladığı dələduzlar Samux rayon Çobanabdallı kənd sakinləri, əvvəllər məhkum olunmuş, Elvin Məmmədov, Tofiq Məhərrəmov, Orxan Bağırovdır. Eləcə də saxta əskinazların hazırlanmasında şübhəli bilinən Gəncə şəhər sakini Vasif Tağızadə də tutulub. Nizami rayon Polis İdarəsi tərəfindən aparılan araşdırma Vasif Tağızadənin kirayə götürdüyü mənzildə hazırladığı pulların dəstənin üzvləri tərəfindən dövriyəyə buraxıldığını üzə çıxarıb.

Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı Baxış keçirilmiş və oradan saxta pul hazırlayan çap vasitələri, 100 və 50 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb.

Saxlanılan dəstə üzvləri əməllərini səmimi etiraf ediblər. Saxta əskinasların müxtəlif market və mağazalarda xırdalayaraq özləri üçün asan qazanc yolu seçdiklərini deyiblər.

Elvin Məmmədov saxlanılan şəxs Uşaqlara hərəsinə 300 manat verdim. Gətirdilər hərəsi 100 manat xırdalamaşdı. Mən də onlara xırdaladıqları üçün pul verdim.

Tofiq Məhərrəmov saxlanılan şəxs Elvindən 100 manat aldım. Xırdaladıb aparıb 90 manat verdim. Səhəri gün 200 manat verdi. 200 manatı da Gəncə Mollda xırdalanda polislər tutdu.

Orxan Bağırov saxlanılan şəxs Elvin mənim həmyerlimdir. Mənə 100 manat bir 200 manat da bir pul verdi. Dedi heç nə apar bunu mağazalarda xırdala pulu gətir mənə ver mən sənə pul verəcəm. Heç nə mən də apardım mağazalara verdim. Gətirdim Elvinə verdim. O da mənə 20-25 manat pul verdi.

Faktla bağlı araşdırmalar davam etdirilir. Dəstə üzvülərinin əməlindən zərərçəkənlərin sayının müəyənləşdirilməsi istiqamətində iş aparılır.

 

Natiq Hüseyn