KepezTV Player
Qırğızıstanın dövlət başçısı vəzifələrini icra edən Sadır Japarov ötən gün keçirilən prezident seçkilərində qalib gəlib. Seçki bülletenlərinin 98%-nin sayılmasından sonra onun seçicilərin 79%-dən çox səsini yığması məlum olub. Qeyd edilir ki, 2 476 seçki məntəqəsində Japarova 1 milyon 117 min nəfər səs verib. Qırğızıstanda prezident vəzifəsinə 17 namizəd iddialı idi. Prezident seçkiləri ilə eyni vaxtda idarə üsulu ilə bağlı referendum da keçirilib. Ölkənin 80%-dən çox seçicisi prezident idarə üsuluna səs verib. Bu o deməkdir ki, Japarovun səlahiyyətləri genişləndirilir.
- Baxış: 213