• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1394
— 10.01.2021 20:33

Polietilen torbaların qadağası

KepezTV Player

Mağazalarda təklif edilən məhsulların demək olar ki, 99%-i polietilen və plastik qablaşdırmadadır. İndi isə yeni qüvvəyə minmiş qərara əsasən biz özümüzü sellofan torbaların olmadığı yeni bir həyata hazırlamalıyıq.

Plastik qablaşdırma tullantıları, xüsusən də polietilen torbalar ətraf mühitin çirkləndiricilərindəndir. Bu günədək istehsal olunan plastik qablaşdırma məhsullarının 50%-i son 20-25 il ərzində istehsal olunub. Bu isə kifayət qədər ciddi göstəricidir. Statistika Komitəsinin məlumatları əsasında aparılan təhlilə görə, adambaşına ildə 24 kq plastik tullantı əmələ gəlir.

Elşad Məmmədov ekoloq:Politelin torbaların istifadə ediləməsi, saxlanılması, təkrar emalı olduqça aktual problemlərdən biridir.

Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik tullantıların təbiətdə 100 illər ərzində parçalanmadan qalmasıdır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir. Eyni zamanda, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafına və bununla da məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Digər tərəfdən, bu tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir.

Elşad Məmmədov ekoloq:Selofan və polietilen ayrı ayrı anlayışdardır. Selofan selulozadan alınır. Politielin neft məhsuludur neftdən alınır.

Qüvvəyə minən qadağalar atmosfer havasının əlavə çirklənməməsinə və insan səhəti üçün yarana biləcək fəsadların azaldılmasına səbəb olacaq. Hər birimizin təmiz ətraf mühitdə yaşamaq hüququ varsa, deməli heç bir insanın da bu ətraf mühiti çirkləndirmək hüququ yoxdur.

Yeni qərara əsasən qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qaşıq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı və istehlakçıya satılması qadağan edilib. Bu qaydalara riayət etməyənləri isə cərimə gözləyir.

Xəyal Quluzadə