KepezTV Player
Müdafiə Nazirliyi Qubadlı rayonunun Muradxanlı kəndindən videogörüntülər yayımlayıb. Muradxanlı kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqələri keçmişdə yayı Zəngəzur qəzasında, qışı isə Qarabağda keçirmiş təklə tayfasının muradxanlı tirəsinə mənsub ailələrin oturaqlaşaraq məskunlaşması nəticəsində yaranıb və həmin tirənin adı ilə adlandırılıb.1 noyabr 1992-ci ildə kəndə ermənilər silahlı basqın edib və nəticədə 5 nəfər həlak olub, 8 nəfər yaralanıb.1993-ci ildə düşmən tərəfindən işğal edilən kənd ötən ilin 2 noyabrında azad edilib.
- Baxış: 289