KepezTV Player
Ötən gün Qafqazdakı Alban Apostol Müstəqil Kilsəsinin varisi olan Alban-Udin dini icmasının üzvləri Kəlbəcər rayonunda olublar, icma üzvləri Xudavəng monastır kompleksini ziyarət ediblər. Alban kilsənin dini varisləri ayinlər icra edib, orada dualar oxuyub, ibadət edərək şamlar yandırıblar. Yenə də bura gələcəklərini və daimi müqəddəs məkanlarını ziyarət edəcəklərini bildiriblər.
- Baxış: 555