• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1224
— 08.01.2021 20:36

Zərərçəkənlərə maddi yardım göstərilir

KepezTV Player

Gəncədə erməni terroru nəticəsində əhaliyə dəyən ziyan ödənilir. Prosesə yanvarın 5-dən başlanılıb.Bununla əlaqədar olaraq Gəncədə raket hücumu nəticəsində yaşayış evlərinə ziyan dəyən vətəndaşlara və ya onların qanuni nümayəndələrinə plastik kartlar paylanılır. Sifariş olunan 1315 kartın artıq 1160-ı zərərçəkənlərə verilib. Qalan 155 kart isə sahiblərinə mərhələli şəkildə təqdim edilir. Kartların vətəndaşa verilməsi zamanı xüsusi karantin rejiminin şərtlərinə uyğun olaraq sosial məsafə gözlənilir. Vətəndaşlar ara məsafəsi gözlənilərək sıra nömrəsi aldıqdan sonra növbə ilə içəri daxil olub kartlarını götürürlər.  Kart hesabında dəymiş ziyana uyğun olaraq vəsait yerləşdirilib.

Şahbaz Rzayev zərərçəkən: Bizim ev Avtozavod tərəfdədir. Pəncərələr məhlədə çox şey dağılıb, evin barısı üçüb. Baxdılar qiymətləndirdilər. Bu gün də mənə mesaj gəlib ki, banka gəl. Çox razıyıq, Allah cənab prezidentimizi qorusun.

Elman Hüseynov zərərçəkən: Muxtar Hacıyevdə yaşıyıram. Bomba düşdü ev dağıldı. İndi sağ olsunlar, çağırdılar kartı verdilər.

Cəmilə Qasımova zərərçəkən: Heydər Əliyev prospekti bina 54-də mənzil 5-də yaşıyıram. Raket düşən vaxtı bina silkələndiyi üçün ayna, qapılar dağılmışdı. Baxıldı qeydiyyat götürldü indi yardım edilir hər kəsə təşəkkür edirik.