• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1220
— 08.01.2021 20:33

Ceyhun Bayramovun məktubu BMT-nin sənədi kimi yayılıb

KepezTV Player

Xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı, Ermənistanın beynəlxalq hüquqa və 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq sabitliyin pozulmasına yönələn fəaliyyəti barədə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb. Məktubda Ermənistanın bölgədə sülh, əməkdaşlıq və inkişafın təmin edilməsinə təhdid təşkil edən fəaliyyəti barədə məlumat verilir. İşğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat fəaliyyəti qeyd olunaraq, aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvlərinin saxlanıldığı bildirilir. Bu kimi diversiya-təxribat fəaliyyəti Ermənistanın beynəlxalq hüququn prinsiplərini, eləcə də bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasının sübutu olduğu BMT baş katibinin diqqətinə çatdırılır.