KepezTV Player
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ən tez zamanda işğaldan azad olunan ərazilərdə hidrometeoroloji şəbəkəni bərpa etmək istiqamətində bütün lazımi addımları atacaq.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyevanın sözlərinə görə,Qarabağ bölgəsində 1990-cı ilə qədər 10 hidrometeoroloji, 3 radiometeoroloji, 15 çay üzərinə müşahidə, 2 aqrometeoroloji stansiya və 16 atmosfer proseslərinə fəal təsir göstərən məntəqələr fəaliyyət göstərib.
- Baxış: 615