• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1227
— 08.01.2021 17:00

Şəhid ailələri ziyarət edilib

KepezTV Player

Əsgər Altun Məmmədov vətən müharibəsində silaha sarılaraq döyüşə gedən igid oğullarımızdandır. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhidin ailəsi ilə görüşüb. Onların qayğıları ilə maraqlanıb. Şəhidin keçdiyi şərəfli döyüş yolundan söz açılıb. 21 yaşlı Altun Məmmədov vətən müharibəsində əsil igidlik göstərib. O, Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra ali baş komandan tərəfindən Vətən uğrunda və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub.

Şəhər rəhbəri şəhid İlkin Əsgərovun ailəsini ziyarət edib. O, döyüş meydanında düşmənə ağır zərbələr vurub, canlı qüvvə və texnikalarını məhv edib. 20 yaşlı İlkin Əhmədovun bu qəhrəmanlığı komandirlərinin böyük rəğbətini qazanıb. Ölümündən sonra isə Prezident tərəfindən Şuşanın azad olunmasına görə və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub. Şəhidin ailə üzvləri İcra Başçısına öz minnətdarlıqlarını bildirib.

Sura Musayeva şəhidin anası: Çox vətənini sevən, çox qəhrəman, qoçaq idi. Əsgərlikdən gələndən 3 ay sonra səfərbərliyə çağırdılar. Dedim qardaşın oradadı mən təkəm getmə. Dedi yox ola bilməz. Mən gedib vətənimi azad eləməliyəm. Mənim oğluma medal verilib, prezidentimizə minnətdarıq.

Həmçinin şəhid Həndi Əliyevin də ailəsi ziyarət edilib. Ailənin qarşılaşdıqları problemin həlli ilə bağlı aidiyyatı qrumlara tapşırıqlar verilib. Həndi Əliyev müddətdən artıq hərbi xidmət qulluqçusu olub. Vətən müharibəsi başlıyanda Suqovuşanın azad edilməsi uğrundakı döyüşlərdə qəhrəmanlıq göstərib. Ağır döyüşlərin birində isə şəhid olub. Həndi Əliyev ölümündən sonra Vətən uğrunda medalı ilə təltif olunub.

Ziyafət Əliyeva  şəhidin anası: Çox vətənpərvər uşaq idi. Həmişə istəyirdi ki, torpaqlarımız azad olsun. Çan atırdı ki, hərbiyə getsin. İşğalda olan torpaqlarımızı azad etsin. Həmişə danışanda deyirdi ki, başını dik tut heçnə haqqında fikirləşmə torpaqlarımız alınar evə gələrəm. Çox sağ olsun İlham Əliyev, Mehriban xanım Əliyeva Allah köməklərində dursun medal verilib.