• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 890
— 07.01.2021 16:30

Narkotik alverçiləri saxlanılıblar

KepezTV Player

Paytaxtda Nəsimi rayonu ərazisində iki narkotik alverçisi tutulub. Onlardan biri saxlanılarkən narkotik maddənin təsiri altında olub. Digəri isə iş başında yaxalanıb.

Nəsimi rayon Polis İdarəsi DYP şöbəsinin əməkdaşları Kia Optima markalı avtomobili Səməd Vurğun küçəsində saxlayıblar. Polis əməkdaşları sürücü Zaur Əzizovun halsız olduğunu görüblər. Araşdırma zamanı məlum olub ki, sürücü narkotik maddənin təsiri altındadır. Onu ərazi üzrə 21-ci polis bölməsinə aparılar. Üzərinə baxış keçirilərkən cibindən əlavə olaraq 5 ədəd bükümdə heroin və ayrı-ayrı bükümlərdə olan, kustar üsulla hazırlanan psixotrop maddə aşkar edilib. Əvvəllər məhkum olunmuş Zaur Əzizov həmin narkotik maddəni öz şəxsi istifadəsi üçün əldə etdiyini deyib. O, ifadəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu da bildirib.

Zaur Əzizov saxlanılan şəxs:Nəsimi polisi daha bir narkotik alverçisini də saxlayıb. Orxan Nuriyev şəxsi istehlak miqdarından artıq heroin və psixotrop maddəni satmaq istəyərkən iş başında tutulub. Həmin narkotik maddələr onun üzərindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktlarla bağlı cinayət işləri açılıb.