• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 776
— 07.01.2021 12:25

İcra başçısı şəhid ailələrini ziyarət edib

KepezTV Player

Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ailələri dövlət tərəfindən xüsusi diqqətdə  saxlanılır. Gəncədə də şəhər icra hakimiyyəti tərəfindən Vətən müharibəsinin qərəmanları qayğı ilə əhatə olunub, onların ailələrinin qayğıları ilə mütəmadi olaraq maraqlanılır. Şəhid İlqar Burcəliyevin evində olan şəhər meri Niyazi Bayramov ailənin qayğıları ilə maraqlanıb. Vətən müharibəsi zamanı Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Talış döyüşləri zamanı şəhid olub.  İlqar Bürcəliyev ölümündən sonra "Vətən uğrunda” və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib. İcra başçısının ziyarət etdiyi növbəti şəhid ailəsinin də qayğıları ilə maraqlanılıb. Onlara da sovqat verilib. Ehtiyatda olan baş leytinant Rauf Əsgərov ermənilərin Tovuz təxribatından sonra könüllü olaraq ordu sıralarına yazıldığı və Vətən müharibəsinə iştirak etdiyi vurğulanıb. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə əsgərini neytral zonadan təxliyə edən zaman şəhid olub. "Vətən uğrunda" medalı ilə təltif edilən Rauf Əsgərov 3 övlad atası olub. Şəhidin ailə üzvləri göstərilən diqqətə görə minnətdarlıqlarını ifadə ediblər.