• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1597
— 23.12.2020 20:26

"İrəliyə gedirik" deyib sevinən Altun

KepezTV Player

İndi haqqında danışacağımız igidin tək arzusu şəhid olmaq, vəsiyyəti isə nəşinin döyüş meydanında qalmaması, düşmənin əlinə keçməməsi idi. Məmmədov Altunun arzusuda, vəsiyyətidə yerinə yetdi...

90 günü qalmışdı həqiqi hərbi xidməti başa vurub evlərinə qayıtmasına. Amma vətən sevgisi hər şeyin önünə keçdi. Məmmədov Altun Nüsrət oğlu uşaqlıq arzusuna - şəhidliyə yüksəldi. Məktəbdə oxuyarkən hər zaman atasının yanına gələr, tarixi suallar verər və mənfur ermənilərin əzəldən işğal siyasəti ilə maraqlanardı.

Şəhidlik elə bir zirvədir ki, yalnız layiq olanlar o uca məqama yetir. Övladını fəxrlə vətən torpağına qurban verən şəhid anası deyir ki, torpaq su ilə qarışanda palçıq, qanla qarışanda isə vətən olur. Altun da Füzuli uğrunda gedən döyüşlərdə qanı ilə vətən oldu.

Evin sonbeşik övladları, hər zaman ərkəsöyün, dəcəl və qəbul eləmək lazımdır ki, hər kəsin sevimlisi olurlar. Altunun bacısı şəhidimizdən 7 yaş böyükdür. Evin böyük ovladı olaraq, hamıya dəstək olmaq, oğul qədər əziz olan qardaş itirmək Səbinəyə nə qədər çətin olsa da, qalib xalqın nümayənsi olaraq qürurludur.

Hər şəhidin bir xəyalı olur. Altunun tək istəyi isə işğaldan azad olunan torpaqlara ayaq basmaq olub. Geriyə isə şəhid qardaşı Səbuhinin diləyi qalıb.

Şəhid qardaşı, ümid edirik ki, bu diləyin gerçəkləşər. Hələ azad vətəndə neçə-neçə Altunlar dünyaya göz açaçaq və qanı ilə tarix yazanları tanıyacaq. Tək arzumuz hər birinin şəhidlərimiz qədər, vətənpərvər, igid, qəhrəman olmasıdır...

Şəhidimizin Altunun şəxsi əşyaları ilə tanış olanda gördüm ki, bizim igidlərimiz, xəyallarından, arzularından bir sözlə hər şeydən vazgeçdilər, bircə vətəndən başqa...

Nərgiz Əhmədqızı