• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1619
— 21.12.2020 15:42

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə yeni evlər verildi

KepezTV Player

Bu gün daha 57 fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən respublikanın müxtəlif bölgələrində verilən yeni evlərdən 5-i Goranboyda sahiblərini sevindirib. 2 və 3 otaqlı olan evlər tam təmirli, istilik sistemi ilə rəmin edilmiş formada təqdim olunub. Mərasində vurğulanıb ki, bu il üçün nzərdə tutulan 1500 mənzildən 1200-i sahiblərinə verilib. Qalan 300 ev isə yaxın günlərdə növbədə olan ailələrə istifadəsində olacaq.