• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2145
— 21.12.2020 16:01

Gələn ilin xərcləri və gəlirləri

KepezTV Player

İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi üçün şəhər və kəndlərin bərpası və yenidən qurulması, həmin ərazilərdə müasir infrastrukturların yaradılması məqsədi ilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu, “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb. Gələn il üçün dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik üçün 4,6 milyard manata yaxın, təhsil sahəsinə isə 3,3 milyard manata yaxın vəsaitin ayrılması nəzərdə tutulur.Gələn il sosial müdafiə və sosial təminat xərcləri üçün isə dövlət büdcəsindən 3 milyard 700 milyon manata yaxın vəsait ayrılacaq. Azərbaycanda 2021-ci ildə ehtiyac meyarının məbləği artırılaraq 160 manatdan 170 manata çatdırılması, yaşayış minimumunun məbləği isə 196,0 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 207, pensiyaçılar üçün 162, uşaqlar üçün 175 manat məbləğində proqnozlaşdırılır. Ümumilikdə 2021-ci il icmal büdcəsinin gəlirləri 24 milyard manata yaxın, xərcləri isə 31 milyard manatdan çoxdur.