KepezTV Player
Suqovuşan su anbarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən ərazidə sutkalıq fasiləsiz nəzarət rejimi tətbiq olunur. Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun sözlərinə görə, artıq nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Füzili, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Kəlbəcər şəhərlərində və Xocavənd rayonunun Hadrut qəsəbəsində hissələri fəaliyyət göstərir. Nazir həmçinin Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində ziyan vurulan evlərin bərpa olunması üçün qiymətləndirmə işlərinin sürətlə aparıldığını bildirib.
- Baxış: 286