KepezTV Player
Musayevlər ailəsinin də ağrı-acılı günlər arxada qalıb. Övladları Amin Musayevin əsirlikdən azad olunması xəbəri sevinclə qarşılayıb. Gecədən başlayaraq hər kəs Ağstafa rayonunda yaşayan ailəni təbrikə gəlir. Düzdür ailə hələlik övladı ilə danışa bilməsə də vətəndə olması xəbəri onlara bir təskinlikdir. Yaşananlar bir daha süut etdi ki Azərbaycan dövləti öz vətəndaşını düşmənin əlindən belə xilas edə biləcək güclü siyasi iradəyə malikdir.
- Baxış: 241