Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarınin tədbirləri nəticəsində Goranboy rayon Yenikənd kənd sakini Xalid Əmirova məxsus fərdi yaşayış evində gizli şəkildə fəaliyyət göstərən repetitor kursu aşkarlanıb. Dərhal polis əməkdaşları tərəfindən rayonun Meşəli kənd sakini Loğman Şirinovun təşkil etdiyi hazırlıq məşğələsi dayandırılıb, oradakı uşaqlar ailələrinə təhvil verilərək, valideynlərə övladlarına qarşı məsuliyyətli olmağı, xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi barədə xəbərdarlıq edilib. Şirinov barəsində protokol tərtib edilərək inzibati cərimə tətbiq edilib.
Xocalı RPŞ-nin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində kafenin gizli şəkildə fəaliyyət göstərməsini aşkarlayıblar. Obyektin sahibi Mikayıl Hümbətov ilə yanaşı, müştərilər - Akif Dəmirçiyev, Zaur Əliyev, Arif Quliyev, Fikrət Məmmədov, Şövqü Həsənov və Tayfun Cavadov saxlanılaraq RPŞ-yə gətirilib və barələrində qanunamüvafiq tədbir görülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.
- Baxış: 536