KepezTV Player
Azərbaycan Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər.
Ölkə liderləri Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklillər qoyublar. Sonra Azərbaycan və Türkiyə prezidentləri Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
- Baxış: 153