KepezTV Player
Gəncə şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşları koronavirusa yoluxmuş şəxslərin yaşadıqları evləri qanunsuz olaraq tərk etmələrinə qarşı tədbirləri davam etdirirlər. Məlum olub ki, koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakinləri - Ulduz Allahverdiyeva və övladı Taleh Allahverdiyev ev şəraitində müalicə almalarına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadıqları ünvanı tərk ediblər. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb, yaşadıqları evə göndəriliblər. Faktla bağlı araşdırmalar davam etdirilir.
Natiq Hüseyn
- Baxış: 645