KepezTV Player
Zərdab rayonunun Pərvanlı kəndində yaşayan Əli Hüseynov virus daşıyıcısı olduğunu bilə-bilə koronavirus xəstəliyindən dünyasını dəyişən həmkəndlisinin dəfn mərasimində iştirak edib. Araşdırma zamanı məlum olub ki, aktiv COVİD-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq polis əməkdaşlarının dəfələrlə etdikləri xəbərdarlıqlara, həmçinin telefon vasitəsi ilə ona yaşayış evini tərk etməmək barədə sms göndərilməsinə baxmayaraq bu göstərişlərə bilərəkdən əməl etməyib. Hüseynov kəndin inzibati ərazisində yerləşən qəbirstanlıqda polislər tərəfindən saxlanılıb və yaşadığı evə qaytarılıb. Onun barəsində cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.
- Baxış: 605