• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1416
— 07.12.2020 20:20

Şəhidin ailəsinin problemləri həll olunub

KepezTV Player

Vətən müharibəsində Gəncədən şəhid olanlardan biri də Hüseyn Quliyevdir. O, 21 yaşında torpaqlarımızın işğaldan azad olunmasında şəhadətə ucalıb. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhidin ailəsinə baş çəkib. İki bacının bir qardaşı olan Hüseyin bu il Bakı Dövlət Universtetinin tarix fakültəsini bitirib və magistraturaya qəbul olub. O, təhsilini dayandıraraq hərbi xidmətə yollanıb. Murovdağ ətrafında gedən ağır döyüşlərdə canından artıq sevdiyi vətən üçün şəhid olub. Şəhər rəhbərliyi şəhidin ata və anasının qayğıları, problemlərini dinləyib, qaldırılan məsələlərin tez bir zamanda həlli istiqamətində göstərişlər verib.

Gülxar Quliyeva - şəhidin anası: Əsgərliyə çox həvəslə, magistraturanı yarımçıq qoyub getdi. Mənim iki qız övladım var. Arzum olub ki, onları universtet müəllimi görüm, bu gün arzumu yerinə yetirdi.

Fərhad Mərdanov - şəhidin qohumu: Sevgi dolu bir insan idi. Böyük kiçiklə hamıyla mehriban hərəkət edirdi. Bu gün də bura gəldi. Bütün problemlərlə məşğul oldu ki, nə lazımdır və öhdəliyini də götürdü həll olunacaqdı.