KepezTV Player
Oğuzda COVID-19 infeksiyasına yoluxan rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Rayonun Bucaq kənd sakini Elnur Məmmədrəfiyev ev şəraitində müalicə alsa da, qaydaları pozaraq ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən o, kənd ərazisində hərəkətdə olarkən saxlanılıb və yaşadığı evə qaytarılıb. Barəsində Oğuz RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.
- Baxış: 478