KepezTV Player
Polis əməkdaşları tərəfindən özünütəcrid qaydalarına riayət etməyən "COVID-19” xəstələri ilə profilaktik işin təşkili davam etdirilir. Buna baxmayaraq evdə müalicəsinə göstəriş verilən bu virusun aktiv daşıyıcılarının cəmiyyətin içinə çıxması hallarına rast gəlinir.***Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi olan Şüvəlan qəsəbəsində yaşayan 64 yaşlı Ələkbər Hüseynov ictimai yerdə müəyyən olunaraq saxlanılıb. Tibbi prosedurlar gözlənilməklə həmin şəxs yaşadığı evə qaytarılıb. Cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.
- Baxış: 986