• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1181
— 06.12.2020 20:46

Koronavirus qripdən necə fərqlənir?

KepezTV Player

Koronavirus, yoxsa adi qrip? COVİD-19-a yoluxma sayının sürətlə artdığı indiki zaman həm də qripin geniş yayıldığı bir dövrdür. Bu səbəbdən səhhətində narahatlıq hiss edən şəxslər bəzən bunu sadəcə qriplə əlaqələndirilər. Mütəxəssislər isə həyəcan təbili çalırlar - özünümüalicə ciddi fəsadlara gətirib çıxara bilər.

Mütəxəssislər Azərbaycanda koronavirusa yoluxma, eləcə də bu virusdan ölüm hallarının artmasının səbəblərindən biri kimi insanların özünümüalicə cəhdlərini göstərirlər. Bir çoxları koronavirusa yoluxduqları zaman bunun mövsümi xəstəlik sayılan qrip olduğunu zənn edirlər və həkim nəzarəti olmadan, özləri özlərini müalicə etməyə çalışırlar. Nəticədə də mütəxəssislərin dediyi kimi, virusa yoluxan şəxsin səhhəti daha da pisləşir və o, həkimə gecikmiş halda müraciət edir. Bütün bunlar isə COVİD-19-a yoluxan şəxslər arasında ölüm hallarının artmasına da səbəb olur.

Bu iki infeksiyanın bir çox oxşar simptomları olsa da, ciddi fərqləri də mövcuddur. TƏBİB-dən verilən məlumata görə, qrip və koronavirus arasındakı ilk əhəmiyyətli fərq odur ki, qripin simptomları daha sürətli yayılır. Covid-19-a yoluxma zamanı insan əvvəldə özünü sadəcə bir az narahat və zəif hiss edə bilər.Oxşarlığın çox olması səbəbindən xəstəliklərin müəyyən edilməsi çətinləşə bilər. Tövsiyə olunur ki, hər hansı yoluxma əlaməti hiss etdikdə insanlar özlərini təcrid etsinlər və dərhal mütəxəssislərə müraciət etsinlər!