Bakının Xətai rayonunda,Nobel prospektində ağır qəza qeydə alınıb.21 yaşlı Tuncay Məmmədov idarəetməsində olan “BMW” markalı nəqliyyat vasitəsi ilə yüksək sürətlə hərəkətdə olan zaman sükana nəzarəti itirib.Yağışlı hava şəraiti zamanı yolun sürüşkən olması səbəbindən avtomobil marketin ikinci mərtəbəsinin üst divarına çırpılıb. Sərnişinlər Tahir Əlirzayev və Yeganə Məmmədova hadisə yerində ölüb. Əraziyə cəlb olunan təcili tibbi yardım vasitəsi ilə sürücü və digər sərnişin 21 yaşlı İlkin Ağamirzəyev 3 nömrəli şəhər xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, Tuncay Məmmədovun həyatını xilas etmək mümkün olmayıb. Ağamirzəyevin vəziyyəti isə ağırdır. Yaralanan və ölən 3 nəfər FHN-in Modul Tipli Tibb Mərkəzində könüllü tibb işçiləri kimi fəaliyyət göstəriblər. Onlar, həmçinin, Tibb universitetinin tələbələridir.
- Baxış: 1078