Video Player

00:00
00:00
KepezTV Player
Türkiyənin "Fənərbağça" futbol klubu İkinci Qarabağ müharibəsində şəhid olan Niyamin Niftalızadə ilə bağlı paylaşım edib.İstanbul təmsilçisinin rəsmi saytında onun məzarı önünə klubun forması və “sarı-lacivərdli” əklil qoyulduğu yer alıb. Paylaşımda "Azərbaycan Ordusunda xidmət edərkən şəhid olan Niyamin Niftalızadəyə Allahdan rəhmət diləyir, yaxınlarına və Azərbaycan xalqına başsağlığı veririk" - yazılıb.Daha əvvəl "Qalatasaray" klubu şəhid Fərid Dursunov və Murad Məmmədovla bağlı paylaşım edib.
- Baxış: 1502