• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 909
— 25.11.2020 09:17

Ərdoğan və Putin Qarabağı müzakirə etdilər

KepezTV Player

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin arasında da telefon danışığı olub.Ərdoğan Dağlıq Qarabağdakı problemin həlli və bölgəyə qalıcı sülhün gətirilməsi istiqamətində atılan addımlar çərçivəsində müşahidə və nəzarət məqsədilə Türkiyənin Rusiya ilə birlikdə quracağı ortaq mərkəzin ən qısa zamanda fəaliyyətə başlamasını gözlədiklərini ifadə edib.<br>Azərbaycan torpaqlarının tamamilə geri qaytarılmasına həssaslıqla yanaşdığını bildirən Türkiyə Prezidenti bu müddət ərzində Ermənistan tərəfinə qalıcı həlli çətinləşdirməsinə və razılaşma ilə bağlı məsuliyyətlərindən qaçmasına icazə verilməməli olduğunu vurğulayıb. O, Minsk qrupunun digər həmsədrlərinin barışıq səylərinə tənqidi yanaşmalarını anlamağın mümkün olmadığını deyib.