KepezTV Player
Azərbaycanın Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası Əjdər Həmidov vəfat edib. Aktyor bir neçə gün əvvəl insult keçirib və Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, bu gün xəstəxanada dünyasını dəyişib. Əjdər Həmidov bir sıra filmlərdə uğurlu obrazlar yaradıb. "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli, "Yoxlama"da Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib. Allah rəhmət eləsin!
- Baxış: 150