• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2023
— 20.11.2020 09:19

Qarakənd faciəsindən 29 il ötür

KepezTV Player

Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus və göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu "Mi-8" helikopterinin ermənilər tərəfindən vurulmasından 29 il ötür.

1991-ci il noyabrın 7-də Bakıda Qarabağdakı vəziyyəti müzakirə etmək məqsədilə Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan nümayəndələrinin görüşü keçirilir. Nümayəndələr Xankəndiyə getməyə və hadisələri öz gözləri ilə görməyə razılaşırlar. 1991-ci il noyabrın 19-u saat 19:05-də siyahı tərtib olunur. Ancaq gecədən xeyli keçmiş siyahı təzələnir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinini ikinci katibi Viktor Polyaniçkonun, güc nazirliklərindən seçilmiş şəxslərin adları siyahıdan çıxarılır. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədov siyahıya daxil salınır. Tofiq İsmayılov tərtib olunmuş siyahıya rəhbərlik etməli, Ağdamda Təhlükəsizlik Şurasının səyyar iclası keçirilməli idi. 1991-ci il noyabrın 20-də saat 14:05-də Ağdamdan Qarakənd istiqamətinə uçan Mİ-8 N72 vertolyotu ilə rabitə əlaqələri kəsilir. Bu barədə məlumat Xocavənd istiqamətinə ötürülür, lakin törədilən faciə haqqında ilkin məlumat təqribən altı saat sonra verilir. Hesablamalara görə, Qarakənd üzərində 300 metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə vurulub. Ermənistan silahlı bölmələri tərəfindən hadisə nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər daxil olmaqla ümumilikdə 22 nəfər həlak olub.