• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 704
— 19.11.2020 19:45

Erməni general “İsgəndər”dən istifadə etdiklərini təsdiqlədi

KepezTV Player

“Müharibənin 5-ci günündə artıq 1 500 əsgər fərarilik edib qaçmışdı”. Bunu İkinci Qarabağ müharibəsi dövründə düşmən ölkənin Müdafiə Nazirliyinin baş hərbi müfəttişi olan general-polkovnik Movses Akopyan söyləyib. “Biz onları təcrid edib Ermənistana getməklərinin qarşısını kəsdik ki, ora gedib panika yaymasınlar”, - deyə Ermənistan silahlı qüvvələri Baş Qərargahının sabiq rəisi əlavə edib. Akopyan açıqlamasında Dağlıq Qarabağ münaqişəsi zamanı “İsgəndər” ballistik taktiki raket sistemindən istifadə olunduğunu da bildirib. Akopyan ötən gün nazirliyin baş hərbi müfəttişi vəzifəsindən istefa verib. İddiaya görə o, Baş nazir Nikol Paşinyanın xanımı Anna Akopyana irad bildirdiyi üçün vəzifəsindən getməli olub.