• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1888
— 18.11.2020 19:10

Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub

Bosniya və Herseqovina Azərbaycanın Dağlıq Qarabağ bölgəsində sülhün bərpa edilməsi ilə bağlı bəyanatın imzalanmasını alqışlayır və bunun regiona sabitlik gətirərək yeni perspektivlər açacağına inanır. Prezident İlham Əliyevə telefonla zəng edən Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Şefik Caferoviç Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıb. Prezident İlham Əliyev imzalanan bəyanatın bütün təfərrüatları və onun yerinə yetirilməsi, eləcə də bölgədə hazırkı vəziyyət barədə qarşı tərəfi məlumatlandırıb. Telefon söhbəti zamanı iki ölkə arasında yüksək səviyyədə dostluq münasibətlərinin mövcudluğu qeyd edilib, iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların olduğu bildirilib.