Azərbaycanda arxeoloqlar Respublikanın Baş prokuroru Kamran Əliyevə rəsmi müraciət ediblər. Müraciətdə Qarabağın işğalda olan ərazilərində Ermənistan arxeoloqları tərəfindən Azərbaycana məxsus maddi mədəni irs abidələrinin talanması və uzun müddət arxeoloji abidələrimizdə qanunsuz qazıntıların aparmaları məsələsinə toxunulub.<br>Alimlərimiz müraciətlərində erməni və onlarla əlbir olmuş digər ölkələrin tədqiqatçıları barəsində cinayət işinin açılmalı olduğunu və işğalda olmuş ərazilərdəki abidələrdən qanunsuz olaraq aparılmış bütün tapıntıların Azərbaycana qaytarılmasının vacibliyini vurğulayıblar.
- Baxış: 109