• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1995
— 14.11.2020 16:10

Ermənilər rayonu dağıdıb çıxır

KepezTV Player

Erməni vəhşiliyi özünü bir daha göstərir. Kəlbəcəri boşaldan ermənilər hər şeyi məhv etməyə üstünlük verir. Yaşadıqları evləri od vuraraq yandırır, ondan öncə isə dam örtüyüklərini sökür, evlərin qapı-pəncərələrini çərçivəsilə birgə çıxararaq özləri ilə aparırlar. Talan bununla da bitmir. Onlar meşələri də soyqırıma məruz qoyurlar, ağacları kəsir, meşə massivini yandırır, ekoloji fəlakət törədirlər. Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan birgə bəyanata əsasən Kəlbəcər rayonu 15 noyabr tarixinədək Azərbaycana qaytarılır.