• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1436
— 13.11.2020 20:08

Fəaliyyətə başlayan işçi qrupların görəcəyi işlər açıqlanıb

KepezTV Player

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı”na əsasən ziyanın qiymətləndirilməsi və aradan qaldırılması məqsədilə Dövlət Komissiyası yaradılıb. Dövlət başçısının tapşırıqlarının həyata keçirilməsini təmin etmək üçün 3 qrup yaradılıb. Nazirlər Kabineti Aparatı üzrə Koordinasiya qrupu; Aidiyyəti dövlət orqanlarının rəhbərlərinin müavinlərindən ibarət tərkibdə müvafiq sahələrə rəhbərlik üzrə İşçi qrupu. Aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət tərkibdə işçi qruplar. Bütövlükdə, Ağdam, Ağcabədi, Beyləqan, Bərdə, Tərtər, Füzuli və Cəbrayıl, Goranboy və Naftalan, Gəncə, Mingəçevir rayon və şəhərləri üzrə 11 işçi qrupu yaradılıb. Bununla bağlı keçirilən brifinqdə Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, hərbi əməliyyatlar dövründə Azərbaycanın mülki əhalisinə və obyektlərinə 30 mindən artıq mərmi, 227-dən artıq raket atılıb.