KepezTV Player
Fransa Parlamentinin Azərbaycanla dostluq qrupunun vitse-prezidenti Jerom Lamberin başçılıq etdiyi nümayəndə heyəti Gəncədə Ermənistan silahlı qüvvələrinin raket hücumlarının səbəb olduğu cinayətin izləri ilə tanış olublar. İşğalçı ölkənin beynəlxalq hüququn norma və prinsiplərini, habelə özlərinin israrlı xahişləri əsasında razılaşdırılan humanitar atəşkəs rejiminin tələblərini pozduğu vurğulanıb. Azərbaycanın dinc əhalisini qəsdən hədəfə alması, yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmasının səbəb olduğu itkilər diqqətə çatdırlıb. Ələxsus da gecə saatlarında, yatmış şəhərə edilən raket hücumları soyqırımına bərabər tutulub. Həlak olanların xatirəsi anılıb, xəsarət alanlara tezliklə şəfa tapması arzulanıb.<br>
- Baxış: 151