KepezTV Player
Şuşada komendant rejiminin tətbiqinə başlanılıb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Şuşa rayon Polis Şöbəsi Şuşa şəhərinə köçürülüb.<br>Daxili İşlər naziri Vilayət Eyvazovun əmri ilə Şuşa şəhər Polis Şöbəsinin rəisi şəhər üzrə komendant təyin olunub. Hazırda rayon Polis Şöbəsinin əməkdaşları və Daxil Qoşunların yüksək rütbəli hərbçilərindən ibarət şəxsi heyəti Şuşa şəhərində komendant rejimində fəaliyyətini davam etdirir.
- Baxış: 135