• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2022
— 12.11.2020 15:17

Tanınmış ermənilərə qarşı cinayət işi açıldı

KepezTV Player

Bəzi internet resurslarında terrorçuluğa açıq çağırışların edilməsi ilə bağlı ayrı-ayrı faktlar təhlil edilib. Baş Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla Ermənistan vətəndaşı, işğalçı ölkənin «Demokratiya naminə Tərəfdaşlıq» Mərkəzinin sədri, habelə “Erməni dinləri” veb-saytının redaktoru Stepan Daniyelyan və erməni tarixçi, publisist, Ermənistan Milli Elmlər Akademiyası nəzdindəki “Erməni Soyqırımı Muzey-İnstitutu”nun direktoru Ayk Demoyanın özlərinə məxsus sosial şəbəkə və digər internet səhifələrində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində ictimai təhlükəsizliyi pozmaq, partlayışlar törətmək və belə hərəkətlərin törədiləcəyi hədəsi ilə müşayiət olunan terrorçuluğa açıq çağırışlar etmələri, o cümlədən eyni məzmunlu materialları yaymaları müəyyən edilib. Faktla bağlı Cinayət Məcəlləsinin terrorçuluğa açıq çağırışlar maddəsi ilə cinayət işi başlanılıb. İntensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.