KepezTV Player
Ermənistan qoşunlarının humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq Daşkəsən rayonuna hücum etməsi nəticəsində meşə yanğını başlayıb. Bu barədə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter" səhifəsində yazıb."Fövqəladə hallar xidməti yanğının qarşısının alınması və Ermənistan ətraf mühiti terrorunun fəsadlarının azaldılması üçün işlər aparır. Xoşbəxtlikdən mülki şəxslər arasında itkilər qeydə alınmayıb", - deyə Hikmət Hacıyev vurğulayıb.
- Baxış: 461