Pakistanda Ermənistanın Azərbaycana qarşı təcavüzü və müllki əhaliyə qarşı məqsədli raket hücumları nəticəsində Azərbaycanın Gəncə, Mingəçevir və digər yaşayış məskənlərində həlak olmuş həmvətənlərimizin əziz xatirəsi anılıb. Erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq məqsədilə İslamabadın ən böyük alış-veriş mərkəzi olan “Centaurus Mall”-da aksiya keçirilib. Erməni terrorunu özündə əks etdirən posterlərin, şəkillərin və şuarların yer aldığı güşə yaradılıb. Orta hesabla gündəlik 35 min ziyarətçisi olan bu ticarət mərkəzində quraşdırılmış böyük ekranda isə Gəncə və digər şəhərlərimizin dinc əhalisinə həyata keçirilmiş çoxsaylı raket hücümlarının fəsadlarının video nümayişi də gün ərzində keçirilir.Pakistanın müəyyən rəsmi şəxsləri, ictimaiyyət və KİV nümayəndələri, eləcə də bu şəhərdə yaşayan azərbaycanlılar və minlərlə pakistanlı guşəni ziyarət edərək onun qarşısına güllər və oyuncaqları qoyub, həlak olanların xatirəsinə öz ehtiramlarını ifadə ediblər.
- Baxış: 538