Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan ABŞ-ın dövlət katibi Mike Pompeo ilə görüşdən sonra CNN-ə verdiyi müsahibədə jurnalist Kristin Amanpurun sualları qarşısında rüsvay oldu. Belə ki, Amanpurun Dağlıq Qarabağın rəsmi olaraq Azərbaycanın tərkib hissəsi olduğunu vurğulaması qarşısında aciz qalan Mnatsakanyan öz baş naziri Paşinyanın dəfələrlə düşdüyü rəzil duruma düşüb. Müsahibənin əvvəlində Mnatsakanyan humanitar atəşkəsi dəfələrlə kobud şəkildə pozan və mülki şəxslərə atəş açan Ermənistanı müdafiə etmək üçün bəhanələrə əl atmağa çalışsa da bu alınmayıb.Amanpur Mnatsakanyanın çıxışına bir neçə dəfə müdaxilə edərək növbəti sualda “1993-cü ildə BMT Təhlükəsizlik Şurasının dörd qərarı işğalçı qüvvələrin dərhal geri çəkilməsini tələb etdi və 2008-ci il Baş Assambleyasının qərarı ilə Azərbaycanın ərazi bütövlüyü və "Azərbaycan əhalisinin evlərinə qayıtmaq üçün ayrılmaz haqqı" təsdiqləndi faktını təkrarlaması jurnalistin suallarında əks olunmuş həqiqətlər idi ki, erməni nazir buna da cavab verə bilməyib.
- Baxış: 158