• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 695
— 17.10.2020 07:38

“Ermənistan hərbi-siyasi rəhbərliyinin əxlaqsızlığı və şizofreniya düşüncəsini göstəricisidir” - Hikmət Hacıyev

KepezTV Player

“ANAMA-nın məlumatına görə, Gəncəyə atılan raketlər SKAD/Elbrus Əməliyyat-Taktik Ballistik Raketidir. Raketin düşdüyü ərazidən əldə olunan fraqmentlər bunu sübut edir. Sıx məskunlaşmış mülki şəxslərə qarşı qarşı SKAD raketinin atılması Ermənistan hərbi-siyasi rəhbərliyinin əxlaqsızlığı və şizofreniya düşüncəsini göstəricisidir”. Bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “twitter” hesabında yazıb. “Gəncəyə qarşı balistik raketlər Ermənistan ərazisindən atılıb. Döyüş bölgəsindən çox uzaqdır. Orada hərbi zərurət yoxdur. Ermənistanın Xarici İşlər Nazirliyi bu mənfur müharibə cinayətlərinə görə dövlət məsuliyyətindən boyun qaçırmağa çalışır”, - deyə Hikmət Hacıyev vurğulayıb. Qeyd edib ki, Ermənistanın Gəncədəki mülki şəxslərə qarşı xain və amansız raket hücumu, Ermənistanın siyasi-hərbi rəhbərliyinin döyüş meydanında məğlubiyyəti qarşısında zəifliyi və çarəsizliyinin göstəricisidir. Bu, dinc insanlara qarşı qəsdən və necə gəldi raket hücumudur”.