• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1487
— 06.10.2020 12:03

Yerli əhəmiyyətli yoı yenidən qurulur

KepezTV Player

Şəmkirin Zəyəm Cırdaxan-Tatarlı avtomobil yolunun tikintisi yekunlaşmaq üzrədir. 17 km uzunluğa malik və çınqıl örtükdən ibarət yerli əhəmiyyətli yol IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. İşlər çərçivəsində su keçidi inşa edilir, bir aşırımlı körpü keçidi əsaslı şəkildə təmir olunur. Ötən il əsaslı şəkildə yenidən qurulan 20 km-lik Şəmkir-Zəyəm-Düyərli avtomobil yolunun 18-ci km-dən ayrılan yerli əhəmiyyətli Zəyəm Cırdaxan-Tatarlı yolunun tikintisi ilə 22 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsinin nəqliyyat əlaqəsi yaxşılaşacaq, vətəndaşlar rayon mərkəzinə və qonşu rayonlara rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması xeyli asanlaşacaq.