KepezTV Player
Rusiya tərəfinin təşəbbüsü ilə Xarici İşlər naziri Sergey Lavrovun Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ceyhun Bayramovla telefon danışığı olub. Nazirlər Dağlıq Qarabağda yaranan vəziyyəti müzakirə ediblər. Ermənistanın məqsədyönlü şəkildə Azərbaycanlı mülki əhalini və infrastrukturu atəşə tutduğunu, cəbhə bölgəsindən uzaqda yerləşən digər şəhərlərdəki sıx məskunlaşma qəsəbələrinin hədəfə aldığını deyən Bayramov yaranmış vəziyyətə görə tam məsuliyyətin Ermənistanın üzərinə düşdüyünü bildirib.
- Baxış: 129