KepezTV Player
Bunu Prezidentin köməkçisi Hikmət Hacıyev öz tvitter hesabında yazıb. “Ermənistanın bu cür məsuliyyətsiz raket hücumları gəncəliləri heç bir şəkildə qorxuda bilməz”, - deyə vurğulayıb. “Ermənistanın təbliğat maşını gülünc bir şəkildə hər addımda hər şeydə Türkiyəni görür. Azərbaycanın Gəncə şəhərinə raketlərlə hücum etdikdən sonra birgə təlim keçmiş Azərbaycan mülki müdafiə qüvvələrini “türk qüvvələri” kimi təqdim edirlər”. Sitatın sonu. Azərbaycan Silahlı Qüvvələri dəqiq raket zərbələri ilə Azərbaycan ərazisində olan legitim hərbi obyektləri neytrallaşdırır. Prezidentin köməkçisi Hikmət Hacıyev brifinqdə deyib ki, Azərbaycanın yaşayış məntəqələrinə raket zərbələri Ermənistanın Vardenis və Gorus şəhəri yaxınlığından endirilib.
- Baxış: 170