• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2498
— 03.10.2020 20:09

Azərbaycan ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Prezident İlham Əliyevdən qələbə paylaşımı

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev özünün "Twitter" səhifəsində paylaşım edib.

"Bu gün #Azərbaycan ordusu #Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. #Qarabağ Azərbaycandır!" deyə dövlət başçısı yazıb.

Prezident İlham Əliyev 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovu Madagizin işğaldan azad olunması münasibətilə təbrik edib. Prezident Hikmət Həsənova tapşırıq verib ki, Ali Baş Komandanın təbriklərini korpusun bütün şəxsi heyətinə çatdırsın. Hikmət Həsənov Ali Baş Komandana öz təşəkkürünü bildirib, Prezidenti əmin edib ki, 1-ci Ordu Korpusu Ali Baş Komandan tərəfindən qarşısında qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirəcək.