KepezTV Player
Ermənistan silahlı qüvvələri mülki əhalinin yaşadığı kəndləri hədəf almağa davam edir. Düşmən tərəfindən atılan mərmilərdən biri Goranboy rayonunun Hacallı kəndindəki yaşayış evinin yaxınlığına düşüb. Nəticədə yerli sakin Knyaz Nəcəfova və daha bir şəxsə məxsus evə zərər dəyib.Ermənilərin atdığı bir neçə mərmi isə əkin sahələrinə düşüb. Atəş nəticəsində ümumilikdə 15-ə yaxın evə və yardımçı tikiliyə zərər dəyib, bir neçə iri və xırda buynuzlu heyvan tələf olub.
- Baxış: 176